пятница, 11 ноября 2011 г.

НАИМЕНЬШИЙ

Qohum funksiyalar:


Sintaksis:

    НАИМЕНЬШИЙ(массив; к)

Nəticə:

    Verilənlər çoxluğunda düzülmə sırasına görə k-cı ən kiçik qiyməti (хmin  -dan başlayaraq) tapır.

Arqumentlər:

  •    массив: k-cı ən kiçik qiyməti təyin olunan verilənlər massivi;
  •    к: verilənlərin oyuqlar massivində mövqe (ən böyük qiymətdən başlayaraq).

Qeydlər:

  •    əgər massiv boşdursa, onda НАИМЕНЬШИЙ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •     əgər k ≤ 0 və ya к verilənlərin sayından böyükdürsə, onda НАИМЕНЬШИЙ funksiyası #ЧИСЛО! səhvinin qiymətini qaytarır.

Riyazi-statistik interpretasiya:

   НАИМЕНЬШИЙ funksiyasını verilənlər çoxluğundan hər hansı qiyməti onun nisbi yerləşməsinə görə seçmək lazım olduğu hallarda tətbiq edirlər. Məsələn, ondan testləşdirmə zamanı ballara görə ən pis, axırdan ikinci və s. nəticəni təyin etmək, ölçmələr zamanı və s. istifadə etmək olar. Əgər n – verilənlər massivində nöqtələrin sayıdırsa, onda НАИМЕНЬШИЙ (массив;1) funksiyası ən kiçik qiyməti, НАИБОЛЬШИЙ(массив;n) funksiyası isə ən böyük qiyməti tapır.



Misal

Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı cədvəldə verilmişdir.

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17


Kvartal üzrə orta əmək haqqının üçüncü ən kiçik qiymətini hesablamalı.







Həlli
Məsələni НАИМЕНЬШИЙ funksiyası vasitəsilə həll edək.
1. İlkin verilənlər cədvəlini tərtib edək:





















2.    Nəticənin yazılacağı xananı seçək ($A$3)
3. Мастер функций dialoq pəncərəsinin  Статистические kateqoriyasından НАИМЕНЬШИЙ funksiyasını seçək. Bu zaman НАИМЕНЬШИЙ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
4. Массив sahəsinə daxil olaraq ilkin verilənlər diapazonunu (B2:O2) mausla seçək.
5. K sahəsinə daxil olaraq 3 qiymətini yazaq. OK düyməsini basdıqdan sonra $A$3 xanasında hesablamanın nəticəsi olan 2,73 qiyməti əmələ gələcəkdir.